Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi - YENİLƏNİB

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov xırda xuliqanlıq törətməkdə təqsirli bilinib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində sözügedən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə təqsirli hesab olunub.
Aprelin 24-də keçirilən məhkəmədə Nurəddin Cəlilovun barəsində yeddi gün müddətinə inzibati həbs qərarı verilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - şəxs əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
***11:11
Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs edilib.
N.Cəlilovun həbsinin təfərrüatı barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












