Banner

Ağcabədi sakini bıçaqlandı - YENİLƏNİB

Hadisə 25 Aprel 2025 15:48 Oxunub 302
Ağcabədi sakini bıçaqlandı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağcabədi rayon sakinin Şəmkirdə bıçaq xəsarəti almasının bəzi  təfərrutları məlum olub.

Avtosfer.az xəbər verir ki, xəsarət alan R.Allahverdiyev Şəmkir şəhərində yerləşən evlərin birinə oğurlağa girib.

Bu zamana oğurluq edən şəxs tutulduğunu görüb və nəticədə özünə bıçaqla xəsarət yetirib.

***14:06

Şəmkirdə 35 yaşlı kişi bıçaqlanıb.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Ağcəbədi rayon Hindarx kənd sakini 1990-cı il təvəllüdlü R.Allahverdiyev kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 35 yaşlı kişiyə xəstəxanada yardım edilib,vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

TƏBİB-dən bildirilib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına 1990-cı il təvəllüdlü şəxs ( kişi cinsi ) qarının ön divarın kəsilmiş-deşilmiş yarası, qaraciyərin sağ payının kəsilmiş-deşilmiş yarası, öd kisəsinin ön və arxa divarının kəsilmiş-deşilmiş yarası hospitalizasiya olunub. Retroperitanal  hematoma diaqnozu ilə Cərrahiyyə şöbəsində stasionar  yatışa verilib.

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh