Banner

Ağcabədidə ana azyaşlı qızının gözü önündə DÖYÜLDÜ - FOTO - VİDEO

Hadisə 24 Dekabr 2024 23:15 Oxunub 3894
Ağcabədidə ana azyaşlı qızının gözü önündə DÖYÜLDÜ - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağcəbədi rayonunda insanlığa sığmayan hadisə baş verib. Rayon sakini 34 yaşlı Günel Bayramovanı keçmiş əri Xalid Bayramov 5 yaşlı övladının gözü qarşısında vəhşicəsinə döyüb. O, qadını öldürmək məqsədilə başını dəfələrlə divara çırpıb. Aldığı ağır zərbələrdən qadının üz-gözü al qan olub. Bundan ürəyi soyumayan Xalid Bayramov daha sonra keçmiş qaynanasını da döyüb. Ən dəhşətlisi isə budur ki, bu vəhşiliklərin hamısı azyaşlı uşağın gözü qarşısında baş verib.

Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, zərəçəkən Günel Bayramova başına gələnləri belə izah edib:

“Xalidlə ötən il sentyabrın 25-də boşanmışam. Məhkəmə uşağı mənə verdi. O da qətnamədən razı qalmadı. Üç dəfə məhkəmə oldu, hamısında da uşağı mənə verdilər. Məhkəmənin uşağı mənə verdiyi ilə barışmayaraq dəfələrlə mənə hədə-qorxu gəldi. “Səni öldürəcəm” deyə zənglər edirdi. Hamımız qorxu keçirirdik ki, bu adam məni öldürəcək”.

Günel Bayramova deyir ki, onların hər ikisinin ikinci evliliyidir:

“İkimizin də birinci ailəmizdən bir övladımız var. Onun anası mənə elçi gələndə dedim ki, o mənim uşağıma atalıq eləyər, mən də onun balasına analıq edərəm. Amma o, bizim övladımız dünyaya gələndə mənə dedi birinci evliliyindən olan uşağımı aparıb atamgilə qoyum. Mən də razılaşmadım, “ölərəm, amma uşaqlarımın heç birindən keçmərəm” dedim. Dedi, “qızını atmırsansa, oğlunu sənə verməyəcəm”. Ona görə başımı divara vurdu. Sonra anamı vuranda mən haray salıb qonşuları çağırdım. Onda da mənə təpik vurdu, burnumu qırdı. Gözümü itirdim, zəiflədi, travma aldım.

Üzüm, gözüm şiş, bədənim göm-göydür. Məni öldürmək istəyirdi, güclə qurtuldum”, deyə qadın əlavə edib.

Qeyd edək ki, hadisəni törədən Xalid Bayramov rayon polis əməkdaşları tərəfindən saxlanılıb.

 



ŞƏRH YAZ
Ad

E-mail

Şərh