Ağcabədidə ananın doğuş zamanı ölümünün TƏFƏRRÜATI - YENİLƏNİB

Ağcabədi rayonunda doğuş zamanı həyatını itirən ananın ölüm səbəbi məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 10-u, saat 05:00-da 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm., çəkisi 2 200 qram olan körpə (kişi cinsli) dünyaya gəlib.
Əməliyyatdan sonrakı dövrdə, saat 06:30-da ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq, saat 06:45-də bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Hazırda körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.(oxu.az)
***
Ağcabədi rayonunda ana doğuş zamanı həyatını itirib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı dünyasını dəyişib. Körpəsi sağdır.
Faktla bağlı araşdırma aparılır.
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR









