Ağcabədidə bıçaqlanan azyaşlının FOTOsu - YENİLƏNİB

Xəbər verdiyimiz kimi fevralın 4-də Ağcabədi rayonunda 7 yaşlı uşaq bıçaqlanıb.
Avtosfer.az news24.az-a istinadən həmin uşağın fotosunu təqdim edir.

***
“Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram, onlarla heç bir ədavətimiz olmayıb”.
Bunu “Qafqazinfo”ya ötən gün Ağcabədi rayonunun Ağaşı Avşar kəndində 7 yaşlı oğlu bıçaqlanan Rəşad Bəşirov bildirib.
O, hadisənin səbəbini bilmədiyini deyib: “Vuran uşağın ailəsi çox gözəl ailədir. Uşağın dayısı ilə də dost olmuşam, pisliklərini görməmişəm.
Oğlum dedi ki, ata, məni qırağa - öz darvazalarının qabağına apardı, vurdu, qaçdı aralığa. Öz evlərinə tərəf getmədi...”
R.Bəşirov 4 uşağı olduğunu, kommunal idarədə işlədiyini qeyd edib.
Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.
***15:11
“2019-cu il təvəllüdlü uşağı evlərinin yanında oynadığı yerdə bıçaqlayıblar”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Manset.az-a bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Avşar kənd məktəbinin direktoru Elşən Quliyev deyib.
O bildirib ki, məktəbli hazırda xəstəxanadadır: “Vallah, bütün rayon məəttəl qalıb. 6 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavəti ola bilər? Axşam saatlarında 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında oynadığı yerdə bıçaqlayıblar. Bıçaqlayan şəxs barədə məlumatım yoxdur, bu barədə hüquq-mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan zaman digər qardaşı da yanında olub. Özüm də uşağın yanına getmişdim, ağır əməliyyat keçirib. Hazırda xəstəxanada reanimasiyadadır”.
Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ










