Ağcabədidə evdə yanğın - 12 yaşlı yeniyetmə öldü - YENİLƏNİB

Hadisə 24 Aprel 2026 10:00
Ağcabədidə evdə yanğın - 12 yaşlı yeniyetmə öldü   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağcabədi rayonunda baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub.

Hadisə rayonun Yuxarı Qiyaməddinli kəndindəki fərdi yaşayış evində qeydə alınıb. Yanğın zamanı evdə olan 2014-cü il təvəllüdlü İmaməddin Şirinovun meyiti aşkarlanıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır./oxu.az

***09:30

Ağcabədidə 3 otaqlı ev yanıb, bir nəfər ölüb.

FHN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qeyd edək ki, Hüseynova Mahirə Ocaqqulu qızına məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı evdə olan 12 yaşlı Şirinov İmaməddin Ayaz oğlu həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 142
ŞƏRH YAZ
Ad

E-mail

Şərh