Ağcabədidə itkin düşən qohumlar tapılıb - FOTO

Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarış elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib. Tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib. Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.
***
Ağcabədi rayonunun Hüsülü kənd sakinləri Anar Məmmədov və Kamal Məhərrəmli Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsində tapılıb. Məlumata görə, yeniyetmələr ailələrinə təhvil verilib. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.
***
Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb. Məlumata görə, rayonun Hüsülü kənd sakinləri, Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar. Hər iki yeniyetmənin 16 yaşı olduğu qeyd olunur. Ailələri onların itkin düşməsi barədə aidiyyəti üzrə müraciət edib. Yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO












