Ağcabədidə ölü doğulan körpə ilə bağlı İDDİA: "Hər şey normal idi" - FOTO - YENİLƏNİB

"Üç gün əvvəl gəlinimi xəstəxanaya gətirmişdim, onda həkim dedi ki, hər şey normaldır".
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu bu gün Ağcabədidə doğuş zamanı övladı tələf olan Ləman Rəhimovanın qayınanası Şəhla Rəhimova deyib.
"İradə həkim dünənə doğuş təyin etmişdi. Dünən gəlinimin ağrıları başladığına görə həkimə zəng etdim, gətirməyimizi söylədi. Gəldik, yenidən müayinə etdi və yenə dedi ki, hər şey qaydasındadır, axşama qədər doğuş ola bilər. Gecəni burada qaldıq. Səhər saat 8-də doğuşa apardılar, lakin bir müddət sonra bizə bildirdilər ki, uşaq ölü doğulub. Bu necə baş verdi, niyə belə oldu, bilmirik", - Ş.Rəhimova qeyd edib.


***
Ağcabədi rayonunda körpə doğuş zamanı ölüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Zərdab rayon sakini Ləman Abbas qızı Rəhimova doğuş üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Doğuş zamanı körpə ana bətnində tələf olub.
Faktla bağlı araşdırma aparılır.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO











