Ağcabədidə qəza - Ölən və yaralananlar var

Qəzalar 20 Aprel 2026 22:21
Ağcabədidə qəza - Ölən və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağcabədidə baş verən qəza zamanı 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Avtosfer.az-ın Teleqraf-a istinadən xəbərinə görə, qəza hadisəsi rayonun Hindarx qəsəbəsində baş verib.

Ağdam rayon sakini Gündüz Süleymanov idarə etdiyi "VAZ"2107 markalı avtomobillə hərəkətdə olarkən "KamAZ"markalı avtomobillə toqquşub.

Nəticədə sürücü G.Süleymanov hadisə yerində həyatını itirib.

Avtomobildə olan iki sərnişin ağır xəsarətlər alıb.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Oxunub : 168
ŞƏRH YAZ
Ad

E-mail

Şərh