Ağcabədidə yanğın, heyvanlar tələf oldu, qadın xəsarət aldı

Ağcabədidə təsərrüfatda baş verən yanğın zamanı 67 yaşlı qadın xəsarəti alıb, 8 baş iribuynuzlu heyvan tələf olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Təzəkənd kəndi ərazisində baş verib.
Kənd sakini Həziyev Müzəffər Ənvər oğluna məxsus təsərrüfatda baş verən yanğın zamanı yanğınsöndürənlər hadisə yerinə gələn müddətə kimi yanğını söndürməyə çalışan 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Əlif qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Tövlənin çardağına yığılmış 16 ton ot kipindən 8 tonu və tövlənin içində olan 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları yanğını söndürərək tövlədə olan digər heyvanların tələf olmasının və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












