Füzulidə atla minaya düşən çoban ölüb

Hadisə 12 Mart 2026 20:42
Füzulidə atla minaya düşən çoban ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xocavənd rayonunda mina hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində 2026-cı il 12 mart tarixində mina hadisəsi baş verib. 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.

***

Ağdam rayon sakini minaya düşərək həyatını itirib. Avtosfer.az-ın məlumatına görə, hadisə Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində baş verib. Belə ki, Füzulidə çoban kimi çalışan 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb. Nəticədə həm at, həm də onun üzərində olan Ramil Hacıyev hadisə yerində həlak olub. Faktla bağlı araşdırma başlanılıb.

Oxunub : 152
ŞƏRH YAZ
Ad

E-mail

Şərh