Ağdamda 12 min manatlıq pensiya dələduzluğu

Pensiya dələduzluğu ilə bağlı daha bir cinayət işinin məhkəmə istintaqı yekunlaşıb. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, dələduzluq Ağdam rayonunda baş verib. Cinayət işində zərərçəkmişlərin əsas şikayətçi olduğu Yasən adlı şəxsdir. Lakin o bu əməli tək törətməyib. Yasən bu işdə Tofiq adlı şəxsin əsas adam olduğunu bildirib. Hətta ondan polisə də şikayət edib. Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş var. Onlar ifadələrində pensiya üçün Yasənə pul verdiyini bildiriblər. Dəymiş zərərin ümumi məbləği 12 000 manatdır. Hər iki şəxs zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham elan edilib. Cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmə zamanı məlum olub ki, Yasən dəymiş zərəri və dövlət büdcəsinə zərərin 25 faizini ödəyib. Bu baxımdan, o, cinayət məsuliyyətindən azad edilib. Digər təqsirləndirilən şəxs isə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












