Ağdamda 6 nəfər tortdan zəhərləndi - YENİLƏNİB

Hadisə 3 Mart 2025 13:03 Oxunub 290
Ağdamda 6 nəfər tortdan zəhərləndi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün saat 01:10-da zəhərlənmə şübhəsi ilə beşi böyük, biri uşaq olmaqla altı nəfər (üç nəfər kişi, üç nəfər qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, onların hər birinə dəqiqləşdirilməmiş zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib:

"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".(oxu.az)

***12:11

Ağdamın Ağdam rayonunun Əfətli kəndində kütləvi zəhərlənmə qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, 1962-il təvəllüdlü Əsədova Gülbuta, 2001-ci il təvəllüdlü Əsədov Elçin, 2003-cü il təvəllüdlü Əsədov Elvin, 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl, 2006-cı il təvəllüdlü Əsədova Türkan və 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət Ağdam rayon Mərkəzi xəstəxanasına zəhərlənmə əlamətləri ilə müraciət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Onların tortdan zəhərləndiyi ehtimal olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh