Ağdamda dünya çempionu amansızlıqla döyüldü

Ağdamda dünya çempionu bir neçə nəfər tərəfindən döyülüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılı Kəngərli kəndində baş verib. Karate üzrə dünya çempionu, güləş üzrə Gəncə şəhər çempionu və Avropa üçüncüsü Taleh Məmmədov kənd ərazisindəki şirkətlərdən birinin həyətində maşın saxlayarkən şirkətin anbar müdiri Ruhil adlı şəxs ona avtomobili həyətdən çıxarmağı tələb edib. Anbar rəisi ilə dünya çempionu arasında mübahisə yaranıb və nəticədə, Ruhil Taleh Məmmədovu qəfil vuraraq yerə yıxıb. Daha sonra şirkətin Saleh adlı direktoru hadisə yerinə gələrək yerdən götürdüyü bel və dəyənəklə Talehə zərbələr endirərək onun qalxmasına mane olub. Şirkətin digər işçiləri də direktor və anbar rəisinə köməyə gələrək dünya çempionunu dəyənək, bel və təpik zərbələri ilə döyüblər.
Faktla bağlı cinayət işi başlayıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Ruhil qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, bir il müddətə islah işləri cəzasına məhkum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












