Ağdamda iki qardaş bıçaqlanıb - FOTO

Ağdamda iki qardaş bıçaqlanıb. Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, bıçaqlanma hadisəsi rayonun Baharlı qəsəbəsi ərazisində baş verib. Həmyerlilər arasında baş verən mübahisə zamanı Elçin və Kənan Hüseynov qardaşları qəsəbə sakini Sadiq adlı şəxs tərəfindən bıçaqlanıb. Hadisəni törədən Sadiq Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
***
Ağdamda baş verən bıçaqlanmanın bəzi təfərrüatı məlum olub. Bıçaqlanan qardaşların atası Valeh Hüseynov bildirib ki, övladları Kənan və Elçin hadisəni törədən Sadiq Rüstəmovun qardaşına 13 manat məbləğində pul borclu olub. Elə hadisəyə səbəb də pul üstündə yaranan mübahisə və söyüş olub. Qeyd edək ki, bıçaqlanma hadisəsi zamanı xəsarət alan qardaşların müalicəsi Ağdam Rayon Mərkəzi xəstəxanasında davam etdirilir.















