Ağdamda mina partlayıb, xəsarət alan var

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayıb, kənd sakini xəsarət alıb.
Avtosfer.az-ın xəbərinə görə, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə təxliyə edilib.
Faktla bağlı araşdırma başlanılıb.
***
İşğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində 2026-cı il 26 mart tarixində mina hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.
1985-ci il təvəllüdlü Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!" - məlumatda qeyd olunub.
***
ğdam rayonunun Yusifcanlı kəndi ərazisində baş verən mina hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs (kişi) 26.03.2026-cı il tarixində saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. "Sol aşağı ətrafın baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda bildirilib.
Başı telefona qarışan piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Sərxoş sərnişinə görə mindən çox adam sərhəd nəzarətindən yayındı
Bu şəxslər insan alverinə görə axtarılır - SİYAHI - FOTOLAR
Prospektdə qayda pozuntusu davam edir: Piyadalar işıqfora məhəl qoymur - VİDEO
Bakıda "BakuBus" avtobusu YANIB? - RƏSMİ - VİDEO - YENİLƏNİB
43 yaşlı kişini maşın vurub öldürdü
Narkotik qəbul edənlər taksinin yolunu kəsdi – Sürücü bibər qazı ilə cavab verdi - VİDEO
Bakıda “Hyundai” alışıb yandı - VİDEO
Goranboyda itin boğazına kəndirlə təkər bağlayan şəxs CƏZALANDIRILDI - VİDEO
Türkiyədə daha bir məktəbə silahlı hücum - Ölən var - VİDEO
Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - VİDEO










