Ağdamda sel avtomobili aparıb - maşında 4 nəfər olub - VİDEO

Hadisə 25 İyun 2022 21:53 Oxunub 4252
Ağdamda sel avtomobili aparıb - maşında 4 nəfər olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Güclü yağış Mingəçevirdə sel təhlükəsi yaradıb. Nəticədə həm piyadaların, həm də avtomobillərin hərəkəti çətinləşib.

Avtosfer.az-ın məlumatına görə, Mingəçevirə yağan və 10-15 dəqiqə davam edən güclü yağış şəhərin əsasən Heydər Əliyev prospekti, Nəriman Nərimanov, 20 Yanvar küçələrində hərəkəti iflic edib. Mingəçevir Mənzil-Kommunnal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev şəhərin müxtəlif küçə və prospektlərində yaranan vəziyyət ilə bağlı açıqlama verib.

Ağdamda isə Xaçınçay çayına gələn sel içində sərnişinlər olan avtomobili aparıb. Çaydan keçmək istəyən "VAZ 2107" markalı avtomobildə 4 nəfər olub. Hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib. Hadisə yerinə təcili-tibbi yardım maşını çağırılıb,müvafiq tibbi xidmət  göstərilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh