8 ton çətənə kolu məhv edildi - FOTO

Hadisə 15 İyun 2024 14:16 Oxunub 244
8 ton çətənə kolu məhv edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağdaş, Zaqatala və Qaxda 8 ton çətənə kolu məhv edilib.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağdaş və Zaqatala rayonlarında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 5 ton olan 11 870  ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayonun Zəyəm kəndində yabanı halda bitən, çəkisi 3 tona yaxın olan 6558 ədəd narkotik tərkibli bitki yandırılaraq məhv edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh