Ağdaşda kanalda batan yeniyetmənin cəsədi tapılıb - FOTO

Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ağcayazı kəndindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb. Avtosfer.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış qrupu cəsədi sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
Ağdaşda 17 yaşlı yeniyetmə su kanalında çimərkən boğulub. Hadisə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ağcayazı kəndindən keçən hissəsində qeydə alınıb. 2008-ci il təvəllüdlü Süleymanlı Dəniz Nəsib oğlu kanalda çimərkən batıb. Məlumata görə, yeniyetmə atası ilə birlikdə çimirmiş. Oğlunun batdığını görən ata onu xilas etməyə çalışsa da, bu, mümkün olmayıb. Faktla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda yeniyetmənin tapılması istiqamətində axtarış işləri davam etdirilir. Qeyd edək ki, Dəniz Süleymanlı idmanın alqaput növü üzrə Azərbaycan çempionu olub.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












