Ağdaşda lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanıldı - FOTO - VİDEO

Hadisə 15 İyun 2024 13:52 Oxunub 204
Ağdaşda lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanıldı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağdaş rayonunda lotereya biletlərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

"Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisində lotereya biletlərinin satıldığı piştaxtalardan oğurluq edilməsi barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Ruslan Hacıyev saxlanılıb. Onun bir neçə piştaxtadan 300-dən artıq lotereya bileti oğurladığı məlum olub", - məlumatda vurğulanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh