Ağdaşda 67 yaşlı narkotacir tutuldu - çətənə əkib satırmış - FOTO

Hadisə 13 İyun 2024 09:20 Oxunub 190
Ağdaşda 67 yaşlı narkotacir tutuldu  - çətənə əkib satırmış  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən həyata keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 67 yaşlı Zülfi Atakişiyev saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onun yaşadığı Ağcaqovaq kəndində əkdiyi, ümumi çəkisi 26 kiloqram olan 137 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri fevral ayında əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

Z.Atakişiyev çətənə kollarının  kənardan görsənməməsi üçün həmin ərazinin kənarında əvvəlcə qamış becərib. 
Məhkəmənin qərarı ilə Z.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 11 nəfər saxlanılıb. Onlardan marixuana və çətənə kolları aşkar edilib. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh