Ağdaşda OLAY: Kişi arvadını və oğlunu bıçaqladı - YENİLƏNİB

Ağdaş rayonunda bıçaqlanan ana və oğlu evə buraxılıblar.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Qeyd edilir ki, bu gün saat 02:50-də 2 nəfər (1 kişi, 1 qadın) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***11:53
Ağdaş rayonunda bir ailənin iki üzvünün bıçaqlanmasının təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və onun 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarətlər yetirilib.
İddia edilir ki, Aygün Əhmədova və yeniyetmə oğlu həyat yoldaşı Arzu Əhmədov tərəfindən bıçaqlanıb. Qadın kişinin ikinci həyat yoldaşı olub. Arzu Əhmədov birinci ailəsindən ayrılıb və ikinci dəfə ailə həyatı qurubmuş. Son günlər ailədə tez-tez mübahisələr və dava-dalaş olurmuş.
İddialara görə, Arzu Əhmədov dünən səhər saatlarında həyat yoldaşını bıçaqlamağa cəhd edibmiş. Lakin qadın onun əlindən qaçıb qonşuda gizləndiyindən Arzunun cəhdi baş tutmayıb. Qadın dünən məsələ ilə bağlı qonşulara da məlumat veribmiş. Avqustun 24-də gecə saat 3 radələrində Arzu Əhmədov Aygün ilə yenidən mübahisə edib.
Ehtimal edilir ki, mübahisə zəminində, o, həyat yoldaşını kürəyindən bıçaqlayıb. Həmin vaxt səsə gələn oğlu Fərid atasına mane olmaq istəsə də alınmayıb. Arzu Əhmədovun oğlunu da qolundan bıçaqlayaraq hadisə yerindən qaçdığı iddialar arasındadır.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***11:12
Ağdaşda kişi arvadı və oğlunu bıçaqlamaqda şübhəli bilinir.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Belə ki, 59 yaşlı Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədova və 17 yaşlı oğlu F.Əhmədova kəsici alətlə xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO












