Ağdaşda toyda QƏTL: Vəhşicəsinə döyülüb, qolu sındırılıb, bıçaqlanıb - YENİLƏNİB - FOTO

Hadisə 9 Sentyabr 2024 11:06 Oxunub 4386
Ağdaşda toyda QƏTL:  Vəhşicəsinə döyülüb, qolu sındırılıb, bıçaqlanıb - YENİLƏNİB  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərli qətlə yetirilib. Hadisə ilə əlaqədar 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb.

Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, İlkin İsgəndərli ailə olub və 2 yaşında oğlu var.

Qobustanın Nərimankənd sakini sentyabrın 7-də dostları ilə birgə Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. İ.İsgəndərli ilə dostunun toyuna dəvət alan digər şəxs və ya şəxslər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Dayısının sözlərinə görə, İlkin vəhşicəsinə döyülüb, sol qolu qırılıb və ona 8 bıçaq zərbəsi endirilib.

Atası oğlunun içki içmədiyini bildirib. Onun sözlərinə görə, İlkinin vəziyyəti barədə həmin gün gecə saatlarında xəbər alıblar.

09:00

***

Sentyabrın 8-də saat 00:05-də Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Ağdaşda keçirilən toy mərasimində baş verib. Toyda baş verən dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh