Ağdərədə bir nəfər minaya düşdü - YENİLƏNİB

Ağdərədə minaya düşən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ilkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
"Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır"
***09:33
Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
***09:18
Ağdərədə mina partlayışı olub.
Avtosfer.az xəbər verir ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.
Gəmiricilər kabelləri məhv edib təzə avtomobillərə ziyan vurdu
Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Narkotik axtarır" - VİDEO
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA











