Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB

İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində minaya düşən kişi hazırda əməliyyat olunur.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Avtosfer.az-a verilən məlumata görə, işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verməsi səbəbilə 1988-ci il təvəllüdlü şəxs (kişi) 11.01.2026-cı il tarixində saat 14:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti stabildir.
***15:02
İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində 2026-cı il 11 yanvar tarixində mina hadisəsi baș verib. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub. Kərimov Elvin rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO












