Banner

Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb olundu - YENİLƏNİB

Hadisə 8 Avqust 2025 16:41 Oxunub 580
Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb olundu   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağdərədə yanğın olan əraziyə helikopter cəlb edilib.

Avtosfer.az xəbər verir ki, gecə saatlarından başlayan yanğın Suqovuşan qəsəbəsi yaxınlığındakı yanğın qismən söndürülüb.

Yanğın dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

***10:11

Ağdərə rayonunda meşədə yanğının söndürülməsinə helikopter cəlb olunub.

Avtosfer.az xəbər verir ki, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib və yanğın qısa müddətdə dağ massivindəki meşə hissəsinə keçib.

Ona görə də əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh