Ağır qəza törədən məmurla bağlı - HAKİM QƏRARI

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən M.Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. Hadisə 30 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Saatlı-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, M.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə manevr edərək Musavir adlı şəxsin sürdüyü “VAZ-2107”yə çırpılıb. Nəticədə digər avtomobildə olan 1987-ci il təvəllüdlü Xalıq Ağayev ölüb, həyat yoldaşı və övladları isə xəsarət alıb. Hadisədən sonra məmur qəzanın baş verdiyi yerdən qaçıb. O, məhkəmədə dövlət qulluqçusu olduğunu, hadisədə günahının olmadığını deyərək bəraət istəyib. X.Ağayevin həyat yoldaşı isə ağır qəzaya səbəb olan M.Əliyevi bağışlamadıqlarını deyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və cəzası 5 il 3 aya endirilib.
Hadisədən sonra M.Əliyev nazirliyin regional idarəsində tutduğu vəzifədən azad edilib (Pravda.az).
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










