Ağstafa RİH hər il təmir üçün pul ayrır, yollar isə bərbad vəziyyətdədir - VİDEO

Ağstafa Rayon İcra Hakimiyyəti demək olar ki, hər il yolların əsaslı təmiri ilə bağlı tender elan edir.
Məsələn, ötən il İcra Hakimiyyəti "Harmony İndustrial Construction and Engineering Group" şirkəti ilə yolların əsaslı təmiri işləri üçün 401 818,8 manatlıq satınalma müqaviləsi bağlayıb.
Eyni zamanda İcra Hakimiyyəti sözügedən şirkətlə abadlıq işlərinin satın alınması ilə bağlı 199 000,01 manatlıq satınalma müqaviləsi imzalayıb.
Avtosfer.az-ın məlumatına görə, rayondan "Qaynarinfo"ya daxil olan məlumatlarda isə iddia edilir ki, yollar əsaslı təmir olunmuş kimi görünmür. Xüsuslilə kəndlərdə vəziyyət daha acınacaqlıdır.
Tanınmış vəkil Aslan İsmayılovun Ağstafa rayonunun Gürcüstanla sərhəddə yerləşən Sadıxlı kəndindən paylaşdığı görüntülər sakinlərin iddialarının heç də əsaslı olmadığını göstərir. Videoda aydın şəkildə görünür ki, Sadıxlı kəndində yollar acınacaqlı vəziyyətdədir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir.
İş adı ilə Türkiyəyə aparılan azərbaycanlı qadınların Quşadası kabusu
Bakının əsas prospektlərindən birində YÜK AVTOMOBİLİ YANDI - FOTO
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
Könül Kərimovanın evini saxta sənədlə başqasına satdılar
Azərbaycan səmasında dronlar GÖRÜNÜR - VİDEO
Qırmızıda yolu qaçaraq keçən qadın hələ sürücüyə “dərs keçdi” - VİDEO
İrana Azərbaycanla münaqişə başlatmaq indiki vaxtda sərf eləmir - POLİTOLOQ
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
Naxçıvandan daha bir - VİDEO
“Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu - FOTO - VİDEO - YENİLƏNİB
Bakı Dairəvi yolunda yük maşınının yanmasından GÖRÜNTÜLƏR - VİDEO










