Ağstafada kafedə qardaşlar dava saldılar: Qan töküldü - YENİLƏNİB

Ağstafa rayonunda kafedə xəsarət alan iki qardaş evə buraxılıb.
Avtosfer.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, oktyabrın 5-də gecə saat üç radələrində iki nəfər (kişi) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2003-cü il təvəllüdlü şəxsə sağ əlin kəsilmiş yarası, 2005-ci il təvəllüdlü şəxsə isə boyun nahiyəsinin kəsilmiş yaraları, sağ əlin və qarnın ön divarının çoxsaylı kəsilmiş yaraları diaqnozları təyin edilib.
Hər birinə zəruri tibbi xidmət göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***10:23
Ağstafa rayonunda iki qardaşın xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı hər iki qardaş sərxoş olub. Qazax rayonundan olan 2003-cü il təvəllüdlü Nicat Vəliyev və qardaşı 2005-ci il təvəllüdlü Xəyal Vəliyev Ağstafa rayonunda restoranlardan birində yeyib-içiblər. Sərxoş vəziyyətdə olan qardaşlar restoranda ard-arda bir neçə mahnı sifariş verib, oynayıblar. Onlar yenidən mahnı sifariş verərkən səs-küy salıb, restorandakı digər qonaqların istirahətinə mane olublar. Restoran sahibi musiqini saxlayıb və qardaşlara iradını bildirib. Bu vaxt Xəyal stoldakı pivə bakalını qıraraq, həmin bakalla özünə xəsarətlər yetirməyə başlayıb. Bu vaxt yanında olan qardaşı Nicat qırılmış bakalı ondan almağa cəhd edib və nəticədə özü də xəsarət alıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
***
Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 2003-cü il təvəllüdlü N.Vəliyev və qardaşı 2005-ci il təvəllüdlü X.Vəliyev bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər sərxoş vəziyyətdə özlərinə xəsarət yetiriblər.
Faktla bağlı araşdırma aparılır.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












