Ağstafada şagird məktəb yoldaşını bıçaqladı - YENİLƏNİB

Hadisə 10 Aprel 2025 14:53 Oxunub 224
Ağstafada şagird məktəb yoldaşını bıçaqladı   - YENİLƏNİB
WhatsApp|

Ağstafada bıçaqlanan məktəblinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Avtosfer.az-a bildirilib ki, aprelin 9-da saat 12:40 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol budun kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya edilib.

"Pasiyentə zəruri tibbi yardım göstərilib, cərrahın baxışından sonra saat 14:40 radələrində ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

***13:36
Ağstafa rayonundakı məktəblərdən birində bıçaqlanma baş verib. 

Avtosfer.az xəbər verir ki, 9-cu sinif şagirdi E.Y. məktəb yoldaşı F. N.-i bıçaqlayıb.

İlkin məlumata görə, hadisə tənəffüs vaxtı qeydə alınıb. Şagirdin yüngül xəsarət aldığı bildirilir. 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh