Ağstafada toyda DAVA: 48 yaşlı kişi bıçaqlandı - YENİLƏNİB

Ağstafada toyda bıçaqlanan kişi evə buraxılıb.
Avtosfer.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 6-da saat 19:40-da 1978-ci il təvəllüdlü şəxs (kişi) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Boyun nahiyəsinin kəsilmiş yaraları diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
***
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Həsənsu kəndi ərazisində toy məclisində qeydə alınıb.
Rayonun Vurğun qəsəbəsində qeydiyyatda olsa da, Həsənsu kəndində yaşayan 1978-ci il təvəllüdlü Elçin Ratif oğlu Kərimov tanışı, kənd sakini, 1983-cü il təvəllüdlü Şanan İsmayıl oğlu İsmayılov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.İsmayılov saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












