Ağstafada üçmərtəbəli villa yandı - YENİLƏNİB

Hadisə 15 Fevral 2026 22:32
Ağstafada üçmərtəbəli villa yandı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağstafada villada baş verən yanğın söndürülüb.

Avtosfer.az xəbər verir ki, rayonun Köçüəsgər kənd sakini 1977-ci il təvəllüdlü M.Xanəhmədova məxsus 890  kv metrə yaxın 3 mərtəbəli evin 280  kv metri yanıb. 3 mərtəbəli evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Xatırladaq ki, yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğın söndürən avtomobili və 30-dan artıq yaxın canlı qüvvəsi cəlb edilib.

Qeyd edək ki, yanğın baş verən evdə yaşayış olmayıb. 3 mərtəbəli evdən baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

 

***22:20
Ağstafada 3 mərtəbəli villada yanğın başlayıb.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb. Belə ki, kənd sakininə məxsus 3 mərtəbəli villada yanğın başlayıb. Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində hazırda işlər gedir./unikal

Oxunub 228
ŞƏRH YAZ
Ad

E-mail

Şərh