Ağsuda əsgərlik məclisində dava düşdü: Həbs olunan var

Ağsu rayonunda hərbi xidmətdən qayıdan gənc dava saldığı üçün həbs edilib.
Avtosfer.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə bu ilin aprelin 22-də baş verib.
2005-ci il təvəllüdlü Sənan Mahirov (ad və soyad şərti verilib - red.) bugünlərdə hərbi xidmətdən tərxis olunduğu üçün yaşadıqları evdə şənlik təşkil olunub. Şənlikdə onun qohumları da iştirak ediblər.
Şənlikdə araq içən Sənan sərxoş vəziyyətə düşüb. O, xalasının əri ilə rəqs üstündə mübahisə edib.
Mübahisə dava-dalaşa çevrildiyi üçün hadisə yerinə polis əməkdaşları gəlib. Polislər onu Ağsu Rayon Polis Şöbəsinə dəvət ediblər.
Polis şöbəsinə gətirildikdən sonra Sənan özündən asılı olmadan əsəbiləşib və ucadan səs-küy salaraq nalayiq küçə söyüşləri söyməyə başlayıb.
Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, hərəkətlərinə davam edib.
Sənanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Sənan etdiyi hərəkətlərə görə çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib.
Ağsu Rayon Məhkəməsinin qərarı ilə Sənan 15 gün müddətində inzibati qaydada həbs edilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












