Ailə üzvləri dəm qazından zəhərləndi - Ata öldü, 5 övladı xəstəxanalıq oldu - YENİLƏNİB

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı yeddiyə çatıb, onlardan beşi azyaşlıdır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva məlumat verib. O deyib ki, xəstəxanaya daxil olarkən azyaşlıların vəziyyəti çox ağır qiymətləndirilib.
P.Əliyeva bildirib ki, onlar Reanimasiya şöbəsinə yerləşdiriliblər:
"Hazırda uşaqların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir və müalicələri Reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir".
Mərkəzin baş həkimi əlavə edib ki, uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35-40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan iki nəfər vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb.
"Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir. İlkin ehtimallara görə, hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib", - deyə baş həkim bildirib.
***13:20
Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.
Belə ki, Ordubad rayonu Aşağı Əylis kənd sakini 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dəm qazından boğularaq həyatını itirib.
Onun övladları - 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər.
Onlar Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
“Vüsal Şilderin qardaşını da öldürmək istəyirdilər“ - Qətli hansı məmur sifariş edib?
Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOsu
Motosiklet sürücüsü sərnişinin saçını dartdı; ölümdən son anda xilas oldular – ANBAAN VİDEO
Neft Daşlarının yaxınlığında balıqçı batdı: Helikopter cəlb olundu - VİDEO
İsmayıllıda taksi sürücüsünə qarşı quldurluq - Şübhəlilər Bakıda tutuldular
Avtobusun önündən yola atılan gənc qız faciədən son anda qurtuldu - VİDEO
Minaya düşərək həlak olan ANAMA əməkdaşının FOTOsu - YENİLƏNİB
İnsan alverində təqsirləndirilən qadınlar həbs olundu - VİDEO
Avtomobil dayanacağında dava - Borc verən döyüldü
Həyat yoldaşını və oğlunu vurub öldürən sürücünü bağışladı – Hakim 5 il verdi
Gömrükdən 280 milyonluq nəqliyyat vasitəsi keçirmək istənildi; qurum hərəkətə keçdi - RƏSMİ










