Ailəsinin üç üzvünün ölümünə səbəb olan sürücüyə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirləndirilən Vilayət Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Qəhrəmanlı 5 il azadlıqdan məhrum edilib. Məhkəmə V.Qəhrəmanlının cəzasını şərti hesab edib. Xatırladaq ki, hadisə bu il yanvarın 3-də Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ-2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ-2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı bir ailənin 3 üzvü -Sabirabad sakinləri, 2016-cı il təvəllüdlü Yusif Zamin oğlu Qəhəmanov, 2018-ci il təvəllüdlü Günel Vilayət qızı Qəhrəmanova, 1996-cı il təvəllüdlü Aminə Fikrət qızı Qəhrəmanova həyatını itirib, 1990-cı il təvəllüdlü sürücü Vilayət Rzaxan oğlu Qəhrəmanlı və Bakı sakini, 2016-cı il təvəllüdlü Elvin Elşən oğlu Sarıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












