Banner

Yasamalda fərdi yaşayış evində baş vermiş yanğın SÖNDÜRÜLDÜ - VİDEO - YENİLƏNİB

Hadisə 24 Dekabr 2025 16:44 Oxunub 156
Yasamalda fərdi yaşayış evində baş vermiş yanğın SÖNDÜRÜLDÜ  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

***16:18

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh