Aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: "Dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq" - VİDEO

Sosial şəbəkələrdə fəaliyyət göstərən "Smart Saat" adlı onlayn mağazadan planşet alan vətəndaş aldığı məhsulun sifariş etdiyindən fərqli olduğunu deyib. Şikayətçinin Baku TV-yə bildirdiyinə görə, o, ötən il noyabrın 29-da mağazanın "Instagram" səhifəsində planşet gördükdən sonra satıcı ilə əlaqə saxlayıb və bir terabaytlıq məhsulun olub-olmaması ilə maraqlanıb.
Satıcıdan müsbət cavab aldıqdan sonra həmin gün sifariş rəsmiləşdirilib. Lakin vətəndaş bildirir ki, planşeti istifadə edərkən məhsulun texniki göstəricilərinin uyğun olmadığını aşkar edib: "Qeydiyyat zamanı hiss etdim ki, problem var. Sonra baxdım ki, məhsul 512 giqabaytdır. Mən isə bir terabaytlıq istəmişdim".
Şikayətçi qeyd edir ki, məhsuldan narazı qaldığını mağazaya dəfələrlə bildirib və planşeti geri qaytarmaq istəyib. Onun sözlərinə görə, mağaza əməkdaşları bunu qəbul etməyiblər: "Heç olmasa, qiymətini aşağı salın" dedim. Dedilər ki, açılmış məhsul geri qaytarılmır".
Vətəndaş iddia edir ki, planşeti mağazaya apararaq qaytarmaq istədikdə isə daha sərt münasibətlə üzləşib: "Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq. Ona görə də mağazaya daxil olduğum andan çıxana qədər hər şeyi videoya çəkdim".
Onun iddiasına görə, daha sonra məhsul mağazanın qarşısında ağacın dibinə qoyulub və bu barədə ona foto göndərilib: "Planşeti ağacın dibinə qoyub şəklini çəkib göndəriblər ki, gəlin, məhsulunuzu götürün".
"Smart Saat" onlayn mağazasının əməkdaşı isə əvvəlcə məhsulun çölə qoyulması ilə bağlı iddiaları təkzib edib. Lakin bir qədər sonra verdiyi açıqlamada planşetin mağazadan çıxarılaraq çölə qoyulduğunu etiraf edib.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, onlayn ticarətdə bu cür hallara tez-tez rast gəlinir:
"Onlayn platformalarda cəlbedici reklamlar edilir, lakin məhsullar reklamlara uyğun olmur. İstehlakçı pulu ödəyir, lakin mal gələndə onu qaytarmaq və ya dəyişmək problemə çevrilir".
Ekspert vurğulayıb ki, qanunvericiliyə əsasən, istehlakçı onlayn ticarətdə də hüquqlara malikdir: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna görə, istehlakçı tələbatını ödəməyən məhsulu 14 gün müddətində dəyişmək və ya geri qaytarmaq hüququna malikdir".
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü










