Aliment ödəməyən ata həbs olunub

Bakıda əlil övladına aliment ödəməyən ata həbs edilib. Avtosfer.az "Qafqazinfo"ya istinadə xəbər verir ki, 45 yaşlı Ramin (ad şərtidir) 6 yaşlı oğluna bir il ərzində aliment verməyib. Ən acınacaqlısı isə budur ki, azyaşlı birinci qrup əlildir, görmə qabiliyyətindən tam məhrumdur. Azyaşlının anası məhkəmədə deyib ki, keçmiş əri övladının əlil olduğunu öyrəndikdən sonra ondan imtina edib. Hətta atası uşağın yaşamasını belə istəməyib: “Evliliyimizdən bir il sonra əkiz övladımız dünyaya gəldi. Onlardan biri doğulan kimi vəfat etdi. Digəri isə görmə məhdudiyyətli idi. Bu səbəbdən atası uşağı qəbul etmədi, hətta dedi ki, apar xəstəxanada iynə vurdurub öldür. Amma mən buna razı olmadım. Bundan sonra atamın evinə köçdüm, övladımı tək böyütməyə başladım. Bir müddət sonra boşandıq. Məhkəmə uşağın saxlanılması üçün Raminin hər ay 220 manat aliment, əlavə olaraq müalicəsi üçün 200 manat ödəməsinə qərar verdi”.
Lakin ata bu məhkəmə qərarını icra etməyib. Təqsirləndirilən kişi aliment ödəməməsini işsiz olması ilə əsaslandırsa da, keçmiş həyat yoldaşı onun işlədiyini, sadəcə övladına baxmaq istəmədiyini deyib. Məhkəmə yekunda qadının dediklərini əsaslı hesab edib. Hökmə əsasən, Ramin məhkəmə qərarını icra etməməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökm oxunan kimi məhkəmə zalındaca həbs olunub.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












