Allayarov polis əmisinə rüşvət verərək MƏXFİ MƏLUMATLAR ALIB

Rusiyanın Ura.ru xəbər agentliyinin Sverdlovsk bölməsinin sabiq redaktoru Denis Allayarov məhkəmə prosesi zamanı rüşvət verdiyini boynuna alıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. "Əvvəlcə bunu sadəcə informasiya əldə etmək kimi dəyərləndirirdim. Lakin hazırda baş verənlərə fərqli prizmadan yanaşıram. İrəli sürülən rüşvət vermək ittihamı üzrə özümü təqsirkar sayıram", - deyə Allayarov vurğulayıb.
İstintaqın məlumatına əsasən, o, mediada yayımlanması məqsədilə şəhər üzrə əməliyyat məlumatlarının hər gün ona ötürülməsi üçün əmisi, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Yekaterinburq üzrə 10-cu idarəsinin cinayət axtarış bölməsinin rəisi olmuş Andrey Karpova 120 min rubl (təqribən 2500 AZN - red.) məbləğində pul köçürüb. Sabiq redaktora qarşı Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 3-cü hissəsinə əsasən (vəzifəli şəxsə qanunsuz hərəkətlər etməsi üçün bilərəkdən rüşvət vermə) ittiham irəli sürülüb.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












