Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur

Almaniya federal polisi uzunmüddətli istintaq nəticəsində Vuppertal şəhərində 40 yaşlı Azərbaycan vətəndaşını saxlayıb. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, o, insan qaçaqçılığı ilə məşğul olan təşkilatlanmış cinayət qrupuna rəhbərlik edirdi və ən azı 87 miqrantı ölkəyə qanunsuz gətirib. Alman mediasının məlumatına görə, şəbəkənin izi Çex polisi tərəfindən verilmiş məlumat sayəsində tapılıb. 2024-cü ilin yayında Çexiyanın Almaniya sərhədində, Saksoniya ərazisində, karavanda 10-dan çox qanunsuz miqrant saxlanılıb. Araşdırma göstərib ki, bu yolla Almaniyaya ən azı altı səyahət həyata keçirilib. Federal polis şəbəkənin gətirdiyi 87 miqrantın şəxsiyyətini müəyyən edib. Karavanın sürücüsü dərhal həbs edilsə də, şəbəkənin başçısının kimliyi aylarla müəyyənləşdirilməyib. Polis onun Azərbaycan vətəndaşı olduğunu və Almaniyada karavan icarəyə götürdüyünü aşkar edib. Çərşənbə günü insan qaçaqçısı hakim qarşısına çıxıb. Tezliklə ona, insan həyatı üçün təhlükəli şəraitdə və kommersiya məqsədilə qaçaqçılıq etməkdə ittiham irəli sürüləcək.
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO










