Almaniyada səhlənkarlıq 101 nəfərin həyatına son qoydu - FOTO
3 iyun 1988-ci il. Adi iş günlərindən biri. Günorta saatlarında televiziyalar yayımı dayandıraraq xüsusi buraxılış təqdim etdi: Münxendən Hamburqa gedən yüksək sürətli qatarın qəzaya uğraması nəticəsində tələfat baş verib. Təfərrüatlar bir azdan məlum olacaq.
Avtosfer.az xəbər verir ki, hadisənin nəticəsi günün ikinci yarısında məlum oldu.
Münxendən hamburqa gedən yüksəık sürətli qatar 10.30-da Hanoverdə qısa müddətə dayandıqdan sonra yola düşür. Saat 10.56-da Eşede şəhərinə 6 kilometr qalmış baş vaqonun üçüncü oxunun təkəri qırılır. Təkərdən qopan hissələr bir qədər aralıdakı magistralda hərəkət edən avtomobilə çırpılaraq ciddi zərər yetirir. Ardınca qopan təkərə görə qatarın tarazlığı pozulur qatar yoldəyişəni qıraraq başqa yola keçir. 200 km/saat sürətlə baş verən hadisədə aparıcı vaqon qoparaq özbaşına hərəkət edir. Tormoz sistemi sıradan çıxan vaqon yalnız 3 kilometr getdikdən sonra dayana bilir. Növbəti stansiyaya 300 metr qalmış qatarın dayandığını görən stansiya növbətçisi həyəcan siqnalı verir və svetoforlar qırmızı rejimə keçir. Digər vaqonlar idarəetməni itirərək aşır, bu zaman yol üstündəki avtomobil körpüsü də qatarın zərbəsindən dağılır.
Hadisə nəticəsində 101 nəfər ölür, 88 nəfər xəsarət alır. 2 il davam edən istintaq başqa faktları üzə çıxarır.
Məlum olur ki, ICE tipli yüksək sürətli qatarların ilk nəslində “monoblok” adlanan bütöv metal təkər istifadə edilir. Uzunmüddətli istifadə zamanı bu təkərlər ifrat yeyilərək yüksək sürətdə vibrasiya yaradır. Bu titrəyişlər vaqonlarda aşkar hiss olunur.
Bundan sonra təkərlərə əlavə çənbərlər quraşdırılsa da, nəticə dəyişmir.
Həmin dövrdə Almaniyada qatar təkərlərini sınmaya görə test edən laboratoriya yox idi. Hadisənin araşdırılması Fraunhofer Tətbiqi Tədqiqat İnstitutuna həvalə edilir. Məlum olur ki, institut hələ 1992-ci ildə dəmir yollarını və istehsalçıları bu tip çənbərlərlə bağlı xəbərdar etmişdi. Məlum olmuşdu ki, 24 km/saat sürətlə hərəkət edən tramvaylarda belə bu çənbərlər nəzərdə tutulandan daha tez yeyilir. Qatarda isə sürət bundan 10 dəfə çoxdur. Üstəgəl, gündəlik istismar zamanı yüksək sürətli qatarın hər təkəri 500 min dövr edir. Yüksək sürətə material yorulması da əlavə edildikdə ciddi problem ortaya çıxır. Qırılma daxildə getdiyi üçün vizual müşahidə ilə nasazlığı görmək olmur.
Daha bir məqam: qatarın təkəri qopub yola atılarkən sərnişinlərdən biri bunu görüb qatar bələdçisini məlumatlandırır. O isə stop kranı çəkmək əvəzinə hadisəni araşdırmağa gedir. Qatar personalının daha bir təlimatı pozduğu da üzə çıxır. Təlimata görə kənar səs, titrəyiş və sair hallarında qatarın sürəti azaldılmalı və lazım gəldikdə dayandırılmalıdır. Bu tələbə əməl edilməyib. Halbuki, vibrasiya o qədər güclü olub ki, restoran-vaqonda stəkanlar yerə tölükürmüş.
Hadisədən sonra bütün ICE tipli qatarların istismarı dayandırılaraq yoxlamaya göndərilir, bandajlı təkərlərdən istifadə dayandırılır.
4 il sonra isə zərərçəkənlərin varislərinə 25 milyon avro təzminat ödənilir. Bu, Almaniya tarixində ən ağır dəmir yolu qəzası idi.
Vüqar