Banner

Altı aylıq uşaq infarktdan öldü - YENİLƏNİB

Hadisə 4 Avqust 2025 15:18 Oxunub 538
Altı aylıq uşaq infarktdan öldü   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt Tibb Mərkəzi (STM) 6 aylıq körpənin ölüm səbəbini açıqlayıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, mərkəzdən verilən məlumata görə, avqustun 1-də saat 4:20-də STM-in Uşaq Xəstəxanasına 2025-ci il təvəllüdlü (kişi cinsli) körpə hospitalizasiya olunub.

Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatışmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozları təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olan körpə həkimlərin səylərinə baxmayaraq, avqustun 2-də saat 14:30-da beyin ödəmi səbəbindən ölüb.

***11:36

Sumqayıtda körpə vəfat edib.

Avtosfer.az xəbər verir ki, hadisə avqustun 2-si saat 17 radələrində şəhərin 10-cu məhəlləsində yerləşən Sumqayıt Şəhər Uşaq Xəstəxanasında qeydə alınıb.

Sumqayıt şəhər sakini 07.02.2025-ci il təvəllüdlü Alparslan Elməddin oğlu Cəfərli xəstəxanada infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh