Altıağac yolu bağlandı, təhlükəli vəziyyət yarandı - VİDEO
Hadisə
8 İyun 2026 12:06

Güclü yağış Altıağac yolunu yararsız hala salıb.
Avtosfer.az Shimal.News-a istinadən xəbər verir ki, ölkə ərazisində yağan güclü yağışlar nəticəsində Xızıda yerləşən Altıağac Milli Parkına gedən asfalt yol ciddi zədələnib.
Yol örtüyündə böyük çatlar, çökmələr və deformasiyalar yaranıb.
Yolun bəzi hissələrində təhlükəli vəziyyət formalaşıb. Yerli sakinlərin və bölgəyə səfər edənlərin sözlərinə görə, yağıntılar torpaq sürüşmələri və yol əsasının dağılması ilə nəticələnib.
Məsələ ilə bağlı aidiyyəti qurumların vəziyyəti qiymətləndirəcəyi və bərpa işlərinin aparılacağı gözlənilir.
Qeyd edək ki, Altıağac Milli Parkı bölgənin turizm və ekoturizm baxımından əhəmiyyətli istiqamətlərindən biri hesab olunur.
Oxunub : 550
DİGƏR XƏBƏRLƏR
19 Noyabr 2026 14:23
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
18 Noyabr 2026 11:15
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
18 Noyabr 2026 11:11
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
17 Noyabr 2026 16:45
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
17 Noyabr 2026 11:11
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
17 Noyabr 2026 10:11
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
16 Noyabr 2026 13:36
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
16 Noyabr 2026 13:30
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
16 Noyabr 2026 12:06
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
16 Noyabr 2026 11:48
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
16 Noyabr 2026 10:06
Bakıda avtobus qəza törətdi: Ölən var
16 Noyabr 2026 09:23
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
ŞƏRH YAZ












