Amnistiyaya düşən keçmiş məhkum bibisinin evinə basqın etdi

Şəmkirdə həbsdən çıxan kişi bibisinin evinə basqın edib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Elşən Muradov oğurluğa görə həbs edilib və məhkəmənin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Bir ildən sonra Elşənə Milli Məclis tərəfindən Konstitusiya və Suverenlik ili münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və cəzasının çəkilməmiş hissəsindən azad edilib.
O, cəzaçəkmə müəssisəsindən Şiştəpə kəndinə gəlsə də, yenidən oğurluq etmək qərarına gəlib. O, həbsdən azad olunduğu üçün gözaydınlığına gələn bibisinin gəlininin boynunda bahalı qızıl boyunbağını görüb və həmin əşyanı oğurlamağı planlaşdırıb. O, 20 gündən sonra müəyyənləşdirib ki, gəlinin həyat yoldaşı Oqtay taksi sürücüsü kimi Bakıya sərnişin aparıb və o, həmin gün evə qayıtmayacaq. Elşən həmin gün gecə saatlarında valideynləri yatandan sonra evdən çıxıb və bibisigilə gedib. O, iz itirmək üçün bibisigilin həyətinə qonşunun hasarından keçib və evin ikinci mərtəbəsində bibisi gəlininin yataq otağına daxil olub. Elşən tanınmamaq üçün maska geyinərək gəlinin yatağına yaxınlaşanda xanım səsə yuxudan oyanıb. Elşən dərhal onun ağzını əlləri ilə tutaraq, ondan əvvəlcə pul tələb edib. Qadın evdə pullarının olmadığını deyib. Elşən - "o zaman qışqırma, boyunbağını ver, gedim", - deyib. Qadın bu təklifdən imtina etsə də, mümkün olmayıb. Elşən bibisi gəlininin boynundan boyunbağını dartıb qırıb cibinə qoyub. Daha sonra o, gəlinin saçından və ağzından tutaraq onu qonaq otağına gətirib. Üzərindəki bıçaqla onu hədələyərək, bu barədə heç kimə heç nə deməməyə and içdirib. O - "Səs eləmə, bura girdiyimi nə Oqtay, nə də bibim biləcək. Əgər bildirsən, gəlib başını kəsib öldürəcəyəm", - deyib. Çarəsiz qalan xanım ona bu barədə heç kimə heç nə deməyəcəyinə and içib. Bundan sonra Elşən yenidən pəncərədən tullanaraq evi tərk edib.
Hadisə yerinə polis əməkdaşları gəlib və araşdırmalara başlayıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Elşən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə E.Muradov 9 il 3 ay azadlıqdan məhrum edilib.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












