Ana körpəsini öldürüb küçəyə atdı - DƏHŞƏTLİ CİNAYƏT

Hadisə 5 Aprel 2022 19:20 Oxunub 1236
Ana körpəsini öldürüb küçəyə atdı - DƏHŞƏTLİ CİNAYƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yeni doğulmuş körpəsini öldürərək küçəyə atan qadına cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, martın 31-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də A.K. Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh