“Ana öləndən sonra hamı qaçıb...” - Ailə həkimləri ittiham edir - VİDEO

Ötən gün Masallı rayonunda 40 həftəlik hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olan Nərmin Mehbalıyeva və övladı doğuş zamanı vəfat edib.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, ailə yaxınları ana və uşağın ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.
Vəfat edən qadının əri Bəhruz Mehbalıyev bildirib ki, həyat yoldaşı hamilə olarkən bütün müayinələrdən keçib və müayinə kağızlarının hamısı var: “Doğum evinin müdiri bizim kənddəndir, yoldaşımın sancısı tutanda zəng etdim. Dedi ki, mənim başım ağrıyır, aparın xəstəxanaya, növbətçi həkim var, problem olsa, mən də gələcəyəm. Getdik, İlhamə Nağıyeva adlı həkim öz boynuna götürdü. İçəri girdi, ondan sonra heç bir xəbər olmadı. Sağ qolunda sistem izi var idi. Xəstəxanada heç kim də yox idi, özü də gömgöy idi. Həkim səhlənkarlığından ölüb. Ölümün səbəbini deyən yox, nə vaxt ölüb deyən yox, ölün var burada, gəl götür deyən yoxdur.
“102” qaynar xəttinə zəng elədim, polisdən yardım istədim. Prokurorluq nümayəndəsi gələndən sonra baş həkim gəldi. Uşağa, ümumiyyətlə, heç bir müdaxilə etməyiblər. Ana öləndən sonra hamı qaçıb. Mənim 4 qızım var, bu 5-ci idi, arzumuz ürəyimizdə qaldı…”
Ailənin yaxını Elsevər Mehbalıyev də bildirib ki, ölüm baş verəndən sonra xəstəxana işçilərindən kimsə onlara hansısa məlumat verməyib.
Masallı RMX-nın sözçüsü Ceyhun Hüseynov hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, doğuşa gələn qadınla bağlı bütün zəruri tibbi müayinələr aparılıb:
“Doğuşun konservativ gözləyici taktika ilə aparılmasına qərar verilib. Saat 03:00-da xəstənin qəfildən halı pisləşib. Bütün reanimasion tədbirlərə baxmayaraq, ölüm halı qeydə alınıb. Ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır”.
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO
Zuğulbada hərəkətdə olan “Mercedes Vito” yanaraq kül oldu - VİDEO
Piyadaları vurmamaq üçün manevr edən motosiklet aşdı; sürücü yaralandı - VİDEO
Samuxda 3 tondan artıq çətənə kolu məhv edildi - FOTO
Aşan avtobusun sürücüsü danışdı: “Gözümə gün düşdü” - VİDEO
Lizinqlə avtomobil aldı, pulundan və avtomobilindən oldu - VİDEO










