Ana söyüşünə görə tanışını bıçaqlayan şəxsə ŞƏRTİ CƏZA verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Ayaz Lətifovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərova - Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Lətifova şərti cəza verilib.
İttihama görə, 2006-cı il təvəllüdlü Ayaz Lətifov 2 iyul 2024-cü il tarixdə, saat 16 radələrində metronun "Memar Əcəmi" stansiyasının yanında olarkən təsadüfən tanışı, zərərçəkmiş Elmir Dadaşovla (soyadı şərti) qarşılaşıb. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq əvvəlcədən aralarında baş vermiş mübahisə ilə əlaqədar söhbət etmələri məqsədilə "Moskva Ticarət Mərkəzi"nin arxasına dəvət edib. Sonra orada Elmirin təşəbbüsü ilə başlanmış mübahisə zamanı zərərçəkmiş onu yumruqla vurub. Bu zaman Ayaz əvvəlki mübahisə zamanı Elmirin onun anasının ünvanına nalayiq ifadələr işlətməsini də bəhanə edərək, bıçaqla zərərçəkmişin bədən nahiyəsindən qəsdən vuraraq xəsarət yetirib.
Hadisədən sonra Ayaz Lətifov saxlanılaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








