Banner

Ana və oğlu sobadakı qazdan zəhərləndi - Ölən var - YENİLƏNİB

Hadisə 10 Yanvar 2026 13:36
Ana və oğlu sobadakı qazdan zəhərləndi - Ölən var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tərtər rayonunda dəm qazından zəhərlənən şəxsin vəziyyəti açıqlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 9-da, saat 16:15-də dəm qazından zəhərlənmə səbəbi ilə bir nəfər (qadın) Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

"Hazırda pasiyentin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunur.

***10:40

Tərtərdə ana və oğlu qaz sızmasından zəhərlənib.

Avtosfer.az xəbər verir ki, vəziyyəti ağır olan 52 yaşlı oğul Müşviq Əzimov ölüb.

70 yaşlı Sahibə Əzimovanın isə həyatını xilas etmək mümkün olub.

Araşdırma zamanı hadisənin evdəki sobadan sızan qaz səbəbindən baş verdiyi məlum olub.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Oxunub 530
ŞƏRH YAZ
Ad

E-mail

Şərh