Analiz vermək adı ilə xəstəxanaya getdi, keçmiş arvadını balta ilə öldürdü

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Füzuli rayon sakini Elsevər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Bağırov 18 il azadlıqdan məhrum edilib. İttihama görə, 1977-ci il təvəllüdlü E.Bağırov keçmiş həyat yoldaşını balta ilə öldürüb. Belə ki, E.Bağırov 2006-cı ildə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Dilbər Namazova ilə ailə həyatı qurub və onun bu nikahdan iki övladı dünyaya gəlib.
2018-ci ildə E.Bağırov həyat yoldaşından şübhələnib və aralarında mübahisələr başlanıb. Mübahisələrin sonunda cütlük rəsmən boşanıb və Dilbər iki övladı ilə birlikdə atasının evinə köçüb. Amma buna baxmayaraq, Elsevər yenə də onu rahat buraxmayıb. O, bir müddət qızı Aysevəri himayəsində saxlamağa cəhd etsə də, məhkəmə buna icazə verməyib və qız anası ilə qalıb. O, dəfələrlə qızını görməyə gələrkən onu evinə aparmaq istəsə də, Aysevər bundan imtina edib və anasının himayəsində qalmaq istədiyini deyib.
Çarəsiz qalan Elsevər Dilbərlə barışıb yenidən birlikdə yaşamağa qərar verib. Amma buna baxmayaraq, Elsevər bir müddət sonra yenidən evdə mübahisələr yaradıb, Dilbər Namazovanın yad kişi ilə sevgili olduğunu deyib.
Füzuli Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən D.Namazova 2023-cü ildə yenidən Elsevərdən ayrılıb və atasının evinə qayıdıb. Həmin vaxtdan etibarən o, Elsevərlə əlaqəni kəsib. Lakin Elsevər tez-tez xəstəxanaya gələrək onunla mübahisə edib, onu öldürəcəyini bildirib. Dilbər Namazova bununla bağlı polisə məlumat verib. Füzuli Rayon Polis Şöbəsinin (RP,) əməkdaşları Elsevər Bağırovu bir neçə dəfə polisə dəvət edərək, onunla profilaktik söhbətlər aparıb, D.Namazovaya mane olmamağı tapşırıblar.
Sonuncu dəfə Elsevər Bağırov Dilbərin işlədiyi xəstəxananın laboratoriya şöbəsinə gələrək qan analizi vermək istədiyini deyib. Ondan analiz götürüləndən sonra Elsevər xəstəxananın inzibati binasında həkimlərlə mübahisə edib oradan çıxıb. Axşam saatlarında Dilbər Namazova iş yoldaşı Şəhla ilə işdən çıxarkən pilləkəndə Elsevəri görüb. O, Elsevərə fikir vermədən pilləkənləri enib iş yoldaşının avtomobilinə tərəf gedib. Elə bu vaxt Elsevər üzərində gizlətdiyi baltanı çıxararaq arxadan Dilbər Namazovaya hücum edib. O, Dilbərə əlindəki balta ilə bir neçə zərbə endirərək yerə yıxıb. Ətrafdakı insanlar və xəstəxana mühafizəçilərinin səyi nəticəsində Elsevərin əlindəki balta alınıb və özü də hadisə yerindən uzaqlaşdırılıb.
Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bağırov saxlanılıb, fakta görə cinayət işi başlanıb.
Hadisə nəticəsində ağır xəsarətlər alan Dilbər Namazova xəstəxanaya yerləşdirilsə də, sonradan xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.
Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildi
Yolu necə gəldi keçən qadın azyaşlı övladını da riskə atdı - VİDEO
İçkili halda maşın sürən qadın polisin “Saxla” əmrinə tabe olmadı – 557 min CƏRİMƏLƏNDİ - VİDEO
Binədə yol nişanı aşırıldı; qurum hərəkətə keçdi - FOTO
Laçında çayda batan “Niva” belə çıxarıldı - VİDEO
“Zebra” olmayan yerdə yolu keçən şəxsi maşın vurdu; qalxıb sürücüyə hücum etdi - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Analarının öldürülməsini azyaşlı övladları qonşulara xəbər verdilər - VİDEO - YENİLƏNİB
Avtomobil satışı adı altında dələduzluq - 32 yaşlı şəxs saxlanıldı
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
“Nissan” və “Land Rover”i zərgərlik mağazasına çırpıb qarət etmək istədilər - VİDEO










