ANAMA əməkdaşının Ağdamda minaya düşməsi ilə bağlı araşdırmalara başlanıldı - RƏSMİ - YENİLƏNİB

Mayın 28-də Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər icra olunub:
"Hazırda Hasil Yusubovun vəziyyəti stabil olmaqla müalicəsi xəstəxanada davam etdirilir".
***
10:54
2024-cü il 28 may tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı 1997-ci il təvəllüdlü Hasil Eldar oğlu Yusubov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
7-ci mikrorayonda yol çöküb - Maşın batdı - VİDEO - YENİLƏNİB
Güclü külək Lənkəran-Lerik yolunda məhdudiyyətlərə səbəb oldu - VİDEO
“20 Yanvar” istiqamətində avtomobil alışdı: Sıxlıq yarandı - FOTO - VİDEO
Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı
Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR
Avtobusdan düşən qadın az qala maşına çırpılacaqdı - ANBBAN VİDEO
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lükü bərpa olundu - VİDEO
Sumqayıtda iki avtomobil toqquşdu, biri yandı - VİDEO - YENİLƏNİB
Asfaltlanandan bir gün sonra çökdü - FOTO - YENİLƏNİB
Avtobus sürücüsü sükan arxasında ölüb
“Volkswagen”dən videoqeydiyyatçı və monitor oğurlanıb











